• +38 (012) 34 56 789

Müasir və avropalaşmış paytaxtımızda milli restoranlar elə də çox deyil və qədim milli qürurumuz olan – “Azərbaycan mətbəxi”nin qanunlarına diqqətlə riayət edən restoran tapmaq elə də asan deyil. “LAVAŞ” ocaqüstü restoranı olaraq, Sizə əsl Azərbaycan mətbəxini, bütün ləzzəti və özəlliyi ilə təqdim edirik. Restoranımızda Lənkəran, Ordubad, Qarabağ, Gəncə, Şəki, Bakı mətbəxinə aid ən gözəl təamlar Sizi gözləyir. Qeyd olunan bölgələrimizə uyğun ayrılmış xüsusi otaqlarda Azərbaycanın bu gözəl bölgələrini gəzmiş kimi olacaqsınız. Qeyd etmək lazımdır ki, bu atmosferdə istənilən yemək sadəcə yemək deyil, həm də ölkəmizin mədəniyyətinə səyahətdir.

Əgər Azərbaycan mətbəxi sizin üçün kabab və plovdan ibarətdirsə, onda sadəcə restoranımızın menyusunu açmaqla siz öz fikrinizi dəyişəcəksiniz: onun saysız-hesabsız səhifələrində siz ənənəvi və tanış xörəklərlə yanaşı, həm də mətbəximizin qədim milli xörəklərini tapacaqsınız . Mətbəximiz haqqında uzun–uzadı danışmaq olar: təndir yeməkləri, xəmir yeməkləri,  qazan yeməkləri, Ordubad yeməkləri, manqal yeməkləri, ocaqda tava və sac yeməkləri. Biz yeməklərin hazırlanmasına ciddi və məsuliyyətlə yanaşırıq, axı hər bir müştərinin fikri sifariş zamanı nəzərə alınır. Ləzzətli və doyumlu yeməkdən sonra Sizə ətirli samovar çayı, yanında isə çoxsaylı mürəbbə növləri və Azərbaycan şirniyyatları təklif edirik.

 

Bütün Azərbaycanı bir məkanda cəmləşdirən “LAVAŞ” ocaqüstü restoranının müasir üslubda tərtib edilmiş geniş zalı böyük qonaqlıqlar, səs-küylü banketlər və xoş axşam yeməyi üçün uyğundur. Restoranımıza hər gəlişinizdə qəlbiniz bayram edəcək.

Hər kəsi “LAVAŞ” ocaqüstü restoranında gözləyirik!

© 2024 lavas.az. All rights reserved